Azərbaycan mətbəxinin təamları Pekindəki yarmarkada təqdim olunur

Tokio, 30 Sentyabr, /AJMEDIA/

Azərbaycan mətbəxinin ənənəvi təamları və “Made in Azerbaijan” brendi ilə istehsal olunan qida məhsullarımız Pekində keçirilən satış-yarmarkasında təqdim olunur.

AJMEDIA xəbər verir ki, Pekin şəhərinin ən iri rayonlarından olan Çaoyanın rəhbərliyinin himayəsi altında keçirilən yarmarka xarici ölkələrin məhsullarının və mədəniyyətinin tanıdılmasına töhfə vermək məqsədi daşıyır. Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi aparatının dəstəyi ilə ölkəmiz yarmarkada 2 stendlə təmsil olunur. Stendlərdən birində “Made in Azerbaijan” brendi ilə istehsal olunan qida məhsulları, o cümlədən şərablar, kompotlar, nar şirələri, mürəbbələr və çay satışa çıxarılıb. Azərbaycan və türk yeməklərinin birgə təqdim olunduğu digər stenddə isə milli mətbəximizin ənənəvi təamlarından dolma, plov, kabab, şirniyyatlardan paxlava təklif edilir.

Oktyabrın 2-dək davam edəcək yarmarkanı on minlərcə sakinin ziyarət edəcəyi gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts