Dünyada 1 May nümayişləri: Makronun maketi və etiraz şüarları

Tokio, 1 may , /AJMEDIA/

Dünyanın müxtəlif ölkələrində 1 May – Beynəlxalq Əmək Günü münasibətilə nümayişlər keçirilib.

AJMEDIA xarici mediaya istinadla xəbər verir ki, ən kreativ etiraz nümayişi Fransanın Bordo şəhərində keçirilib. Öz haqlarını tələb edən nümayişçilərin əllərində bu ölkənin lideri Emmanuel Makronun maketi olub. Bundan başqa, etirazçılar siyasi və sosial haqlarını tələb edən şüarlar səsləndiriblər.

Polislə ciddi qarşıdurmaya səbəb olan ən böyük nümayiş isə Filippinin paytaxtı Manilada baş tutub. Nümayişçilər enerji daşıyıcılarıının qiymətlərinin artmasına, işsizliyə etiraz ediblər. Maniladakı Prezident sarayının qarşısında baş verən iğtişaşlar zamanı onlarla insan həbs edilib.

Banqladeşin paytaxtı Dəkkədə isə qadınlar nümayişə çıxıblar. Onlar gender bərabərliyinin təmin edilməsi, qadınlara qarşı zorakılığa son qoyulması tələbləri irəli sürüblər.

Türkiyənin İstanbul şəhərindəki Taksim meydanına yürümək istəyən nümayişçilərlə polis qüvvələri arasında qarşıdurma olub. Nümayişçilər Saraçhane meydanında şüarlar səsləndirdikdən sonra dağılışıblar.

Almaniya, Belçika, Niderland və digər Avropa ölkələrində də dinc nümayişlər keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts