Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərə yola düşüb

Tokio, 12 oktyabr , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərə yola düşüb. Türkiyə dövlətinin başçısını geniştərkibli nümayəndə heyəti müşayiət edir.
AJMEDIA xəbər verir ki, Astana şəhərində rəsmi qarşılanmadan sonra Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olacaq.
Həmçinin Astanada iki qardaş ölkə prezidentlərinin iştirakı ilə Türkiyə-Qazaxıstan Ali Səviyyəli Əməkdaşlıq Şurasının dördüncü toplantısı keçiriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanın dövlət və hökumət nümayəndələri qarşısında çıxışı da nəzərdə tutulur.
Türkiyə KİV-lərinin məlumatına görə, səfər çərçivəsində oktyabrın 13-də Astana şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi də gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts