HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

Tokio, 4 may , /AJMEDIA/

Fələstinin müqavimət hərəkatı – HƏMAS Misirin Qəzzada atəşkəs təşəbbüsünə cavab olaraq Qahirəyə nümayəndə heyəti göndərib.

AJMEDIA xəbər verir ki, Sinxua agentliyi bu barədə Misirdəki iki mənbəyinə istinadla məlumat yayıb.

“HƏMAS hərəkatının nümayəndə heyəti İsraillə atəşkəs sazişi üzrə danışıqları davam etdirmək üçün Qahirəyə gəlib. Sazış Qəzza sektorunda müharibəyə son qoya bilər”, – deyə məlumatda bildirilir. Eyni zamanda qeyd olunur ki, Qahirə razılığın əldə olunmayacağı təqdirdə Fələstin eksklavında vəziyyətin gərginləşəcəyi barədə HƏMAS-a xəbərdarlıq edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin də Misir və Qətərin daxil olduğu atəşkəs sazişinin qarantı qismində Misirə gedəcəyi gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts