Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tokio, 7 may , /AJMEDIA/

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim olunub.

BMA-dan AJMEDIA-ya bildirilib ki, əvvəlcə Bakı Kamera Orkestrinin müşayiətilə Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycan və SSRİ-nin Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərin Ulu Öndər Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. O, həmçinin dahi şəxsiyyətlə birgə qastrol səfərlərindən olan xatirələrini bölüşərək, Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənət xadimlərinə göstərdiyi dərin diqqət və qayğıdan söz açıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Liderin fəaliyyətinin bütün dövrlərində respublikamızın qüdrətinin, xalqımızın rifahının artmasına xidmət edən tarixi işlər gördüyünü, mühüm nailiyyətlərə imza atdığını bildirib.

Konsert proqramında Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin müşayiətilə Ü.Hacıbəylinin “Arazbarı”, Q.Qarayevin “Yeddi gözəl” baletindən Aişənin rəqsi və “İldırımlı yollarla” baletindən Ehtiraslı qızların rəqsi, C.Cahangirovun “Alagöz”, A.Məlikovun “İki qəlbin dastanı” baletindən Komdenin arzuları, F.Əmirovun “Min bir gecə” baletindən Şəhrizadın bayramı, M.Maqomayevin “Azərbaycan”, “Dağların başı”, “Əlimi bıçaq kəsibdi”, “Qarabağ şikəstəsi” ritmik muğamı səsləndirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts