Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Tokio, 7 may , /AJMEDIA/

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin tələblərinə baxmayaraq, Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bildirib.

AJMEDIA xəbər verir ki, Nikol Paşinyan bu barədə mətbuat konfransında bildirib.

“Əgər mən arxiyepiskopların, katolikosların və başqalarının tələblərini yerinə yetirsəm və delimitasiyanı dayandırmaq göstərişi versəm, nə baş verəcək? Müharibə başlayacaq. Bu müharibə bir neçə mənada legitim olacaq”, – deyə o vurğulayıb.

Ermənistan müxalifəti baş naziri Azərbaycana birtərəfli qaydada güzəştə getməkdə təqsirləndirir. Onlar hesab edirlər ki, 1990-cı illərdən Ermənistanın nəzarətində olan dörd kəndin Azərbaycana verilməsi qəbuledilməzdir.

Xatırladaq ki, delimitasiya presesi başlayandan sonra İrəvanda və sərhəddəki Tavuş bölgəsində etiraz aksiyaları keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts