Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert – “Andante və Scherso”

Tokio, 7 may , /AJMEDIA/

L.M.Rostropoviçlərin ev-muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Andante və Scherso” adlı klassik musiqi konserti keçirilib.

Muzeydən AJMEDIA-ya bildirilib ki, konsertdə fleyta ifaçıları Əməkdar artist Nicat Salmanov və Respublika müsabiqələr laureatı Nərminə Salmanovanın ifasında Fikrət Əmirovun “Aşıq sayağı”, Paul Taffanelin “Andante və Scherso”, Frederik Chopinin “Nocturne”, Gabriel Faurenin “Fantaziya” və başqa dünya klassiklərinin əsərləri konsertmeyster Leyla Zeynalovanın müşayiəti ilə səsləndirilib.

Qeyd edək ki, mədəniyyət və incəsənət xadimlərinə daim diqqətlə yanaşan Ulu Öndər Heydər Əliyev Mstislav Rostropoviçin şəxsiyyətinə xüsusi qiymət göstərirdi. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin dəvəti ilə Mstislav Rostropoviç uzun illərdən sonra 1997-ci ildə yenidən Azərbaycana qayıtmışdır.

Bu iki böyük şəxsiyyətin dostluğu, birgə fəaliyyəti birbaşa Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafına yönəldilmişdir. Ölkəmizdə göstərdiyi xidmətlərə görə Heydər Əliyev Mstislav Rostropoviçi “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif etmişdir. Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində iki dahi şəxsiyyətin dostluq və birgə fəaliyyətini əks etdirən çox dəyərli əlyazma məktublar, fotoşəkillər, sənədlər və başqa maraqlı eksponatlar qorunub saxlanılır. Muzeydə keçirilən müxtəlif tədbirlərdə, “Açıq qapı” günlərində dəvət olunan məktəblilərə, tələbələrə, gənclərə Ulu Öndər Heydər Əliyev və M.Rostropoviçin dostluq münasibətləri və ölkəmizin rifahı üçün göstərdikləri xidmətlər haqqında ətraflı məlumatlar verilir. Bununla yanaşı hər il muzeydə Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş müxtəlif xarakterli tədbirlər təşkil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts