SpaceX pis hava şəraitinə görə iki peykin buraxılışını təxirə salıb

Tokio, 30 yanvar, /AJMEDIA/

ABŞ-ın SpaceX şirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar Floridada Falcon 9 reaktiv daşıyıcılarının iki buraxılışını təxirə salıb.

AJMEDIA xəbər verir ki, bu barədə məlumatı şirkətin mətbuat xidməti yayıb.

İtaliyanın COSMO-SkyMed yer müşahidə peyki ilə birliktə raketin John F. Kennedy adına Kosmik Mərkəzin ərazisindən orbitə buraxılması ABŞ-ın Şərq Sahil vaxtı ilə şənbə günü saat 18:11-ə təyin edilməsinə baxmayaraq, bir gün təxirə salınıb. Kanaveral burnundakı kosmodromdan bazar gününə planlaşdırılan Falcon-9 buraxılışı yanvarın 31-dən tez baş tutmayacaq.

Ərazidə güclü külək əsir və buludlu hava şəraiti müşahidə olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts