Azərbaycanda kompüter istehsalı artıb

Tokio, 24 dekabr , /AJMEDIA/

Azərbaycanda kompüter istehsalında artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AJMEDIA-ya verilən məlumata görə, kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvarnoyabr aylarında 230,8 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 74,3 faiz, elektrik avadanlıqlarının istehsalı isə 10,3 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 2,7 dəfə, ölçmə cihazlarının istehsalı 2,1 dəfə artıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts