Vatsap “kənar çatlar” funksiyası üzərində iş aparır

Tokio, 25 yanvar , /AJMEDIA/

Vatsap şəbəkəsindəki növbəti yenilənmə istifadəçilərə “Meta” şirkətinə məxsus messencerin yeni funksiyası sayəsində kənar proqram əlavələrindən daxil olan çat yazışmalarını qəbul etməyə imkan yaradacaq.

AJMEDIA xarici mediaya istinadla xəbər verir ki, “kənar çatlar” adlanan funksiya hazırda tərtibat mərhələsindədir.

İşlər yekunlaşandan sonra digər şəbəkələrin istifadəçiləri vatsap proqramından istifadə etməyi davam etdirən və yeni akkaunt açmayan dostlarına çatda yaza biləcəklər. Hazırda “Telegram” və “Discord” çatları ilə sinxronizasiya yaradılıb, bir müddət sonra isə iMessage və Viber daxil olmaqla, digər bütün messencerlərin də dəstəklənməsi təmin ediləcək.

Digər platformaya keçid funksiyası avtomatik olaraq söndürüləcək, istifadəçi öz seçiminə uyğun olaraq, həmin funksiyanı özü aktivləşdirə biləcək. Şirkət, həmçinin qarşılıqlı şifrələməni təmin edəcək. Lakin vatsap sinxronizasiyaya könüllü və ya tənzimləyicinin tələbi ilə razılıq verən mesencerlərə texniki dəstək göstərəcək.

Yeni funksiyanın nə vaxt işə düşəcəyi məlum deyil. Android sistemində belə bir analoji funksiyanın işə düşəcəyi barədə hələ 2023-cü ilin sentyabrında məlumat verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts