Barselonada ən müasir elektronika məhsulları təqdim edilir

Tokio, 26 fevral , /AJMEDIA/

Barselonada ən böyük və ən qədim mobil sənaye sərgilərindən biri olan Mobil Dünya Konqresi (MWC) öz işinə başlayıb. Dünyanın aparıcı elektronika istehsalçıları ənənəvi olaraq premyera üçün əsas yeni məhsullarını və proqram həllərini hazırlayıblar.

AJMEDIA MWC-nin saytına istinadla xəbər verir ki, sərgidə təqdim olunacaq maraqlı yeni məhsullar arasında “Xiaomi” və “Honor” flaqman smartfonları da var. Tədbir zamanı “Samsung”dan qeyri-adi qacet, “Tecno”dan robot it və oyun konsolu, eləcə də digər qurğular nümayiş etdiriləcək.

“Brain.ai” süni intellekt startapı “Deutsche Telekom” ilə əməkdaşlıq şəraitində “fikirləriniz əsasında kontekstli interfeys yaradan” “tətbiqsiz telefon”un konseptual modelini nümayiş etdirməyi planlaşdırır.

“Xiaomi” şirkəti eksklüziv “Xiaomi 14 Ultra”nı ilk dəfə Çindən kənarda təqdim edəcək. “Honor” şirkəti yeni “Magic V2” qatlana bilən smartfon modeli üçün qiymətləri elan etməyə hazırlaşır.

İndiyə qədər sırf “Nokia” markası ilə telefonlar istehsal edən HMD keçən il ilk dəfə öz adı ilə cihazları buraxmağı planlaşdırdığını açıqlamışdı.

İlk ağıllı saatını buraxdıqdan üç il sonra “OnePlus” 100 saatlıq batareya ömrü ilə “OnePlus Watch 2”ni təqdim edəcək. Analitiklər, həmçinin hesab edirlər ki, biz daha bir neçə eksperimental konsepsiya qurğusunun – məsələn, “Lenovo”dan şəffaf noutbuk və ya “Motorola”dan çevik smartfon nümayişini gözləyə bilərik.

“Samsung”, həmçinin xəbərləri bölüşmək niyyətindədir: onun internet saytı vəd edir ki, məhz MWC-də “ağıllı”– “gündəlik sağlamlıq monitorinqini asanlaşdıran və insanı daha sağlam saxlamağa imkan verən yeni “Galaxy Ring” smartfonunu dünyaya nümayiş etdiriləcək.

Sərgi fevralın 29-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts