Azərbaycan kosmik bilik məhsullarının ixracına başlayıb

Tokio, 30 yanvar , /AJMEDIA/

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) intellektual məhsulunu – radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramını Bəhreynin “Telekommunikasiya üzrə Tənzimləmə Qurumu”na təqdim edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AJMEDIA-ya bildirilib ki, paytaxt Manamada keçirilən 10 günlük proqram radiotezliklərin idarə edilməsi metodları, peyk və yerüstü stansiyaların qeydiyyata alınması üçün ərizələrin hazırlanması, peyk şəbəkələri arasındakı interferensiyanın təhlili və aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq qanun və hüquqi normalar kimi mövzuları əhatə edib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts