“Nio” mayda kütləvi bazar üçün elektromobilini təqdim edəcək

Tokio, 15 mart , /AJMEDIA/

Çinin elektromobil istehsalçısı “Nio” may ayında kütləvi bazar üçün elektrik mühərrikli avtomobilini təqdim edəcək.

AJMEDIA xəbər verir ki, elektromobil “Le Dao” adlanacaq. Bu ad Çin dilində xoşbəxt ailənin birlikdə yaxşı vaxt keçirməsi anlamına gəlir və markanın nəzərdə tutulduğu auditoriyaya vurğu edir.

2014-cü ildə qurulan “Nio” kompaniyası indiyədək lüks seqmentinə aid bahalı elektrik avtomobilləri istehsal edib. Çin avtomobil istehsalçısı gələn il yeni elektromobilin genişmiqyaslı tədarüklərinə başlamağı planlaşdırır. Onun qiymətinin 200-300 min yuan (27,8-41,7 min dollar) olacağı gözlənilir.

Qeyd edək ki, 2023-cü ilin dördüncü rübündə “Nio” avtomobillərinin satışları 25 faiz artaraq 50 mini ötüb. Kompaniya bu ilin birinci rübündə həmin göstəricinin 31-33 min arasında olacağını proqnozlaşdırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts