Azərbaycanda ilk dəfə “Robotex Türkiyə” festivalının bölgə çempionatları keçiriləcək

Tokio, 30 yanvar , /AJMEDIA/

Bu il fevralın 17-18-də Naxçıvanda, martın 2-3-də isə Bakıda Azərbaycanda ilk dəfə “Robotex Türkiyə” yarışının bölgə çempionatları keçiriləcək.

AJMEDIA xəbər verir ki, “Robotex Türkiyə” yarışına qeydiyyat fevralın 7-dək davam edəcək. Çempionatda 5 yaşdan yuxarı hər kəs iştirak edəcək. “Azərbaycan innovasiya və texnologiyaların qəlbi olacaq. İlk dəfə Azərbaycanda baş tutacaq “Robotex Türkiyə” yarışında qalib gəlmiş bölgə çempionları Antalya və Estoniyanın Tallin şəhərlərində keçiriləcək beynəlxalq robot çempionatında iştirak üçün vəsiqə qazancaqlar.

Qeyd edək ki, “Robotex” adlı festival ilk dəfə Estoniyada keçirilib, sonra isə beynəlxalq tədbirə çevrilib. Ötən il “Robotex” festivalına İtaliya, Türkiyə, Yunanıstan, Polşa, Koreya, Çin, Litva, Macarıstan və digər 26 ölkədən 887 iştirakçı 14 müxtəlif yarışda iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts