Türkiyədə SUV avtomobil modellərinin satışında rekord artım qeydə alınıb

Tokio, 9 mart , /AJMEDIA/

Ötən ay Türkiyədə SUV avtomobil modellərinin satışında rekord artım qeydə alınıb.

AJMEDIA Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu ban növlü avtomobillərin satışı fevral ayında təkcə Türkiyədə deyil, bütün dünyada çox olub.

Statistikaya görə, cari ildə qardaş ölkədə 146 min 318 avtomobil satılıb ki, bunun da 74 min 143-ü SUV-ların payına düşüb, Qeyd edilən müddətdə ən çox 20 SUV modelinin satışı reallaşıb. Fevral ayında ən çox satılan SUV modellərinin ilk beşliyi isə aşağıdakı kimidir:

1. “Egea Cross” – 2 682 ədəd

2. “Chery Tiggo 8 Pro” – 2 160 ədəd

3. “Dacia Sanderp Stepway” – 1 787 ədəd

4. “Opel Mokka” – 1 703 ədəd

5. “Chery Omoda 5” – 1 558 ədəd

Qeyd edək ki, bu ilin iki ayında Türkiyənin ilk yerli elektromobili olan “Togg” 2 623 ədəd C-SUV T10X modelinin satışı ilə il ərzində ən çox satılan SUV modelləri sırasında 6-cı pillədə qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts