ABŞ süni intellektdən istifadə etməklə Meksika ilə sərhədi möhkəmlədir

Tokio, 12 dekabr , /AJMEDIA/

ABŞ qeyri-qanuni mühacir axınının artması fonunda Meksika ilə sərhədini süni intellektdən istifadə edən yüksək texnologiyalı müşahidə qüllələri ilə möhkəmləndirmək qərarına gəlib.

AJMEDIA xəbər verir ki, hazırda ABŞ-Meksika sərhədində 300-dən çox müşahidə qülləsi quraşdırılıb. 2024-cü ildə onlara günəş panelləri və 360 dərəcəlik radar detektorları ilə təchiz olunan yeni 80 qüllənin əlavə ediləcəyi gözlənilir. Bundan başqa, həmin qüllələr 12 kilometr məsafədəki obyektləri aşkarlamağa imkan verəcək.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında ABŞ Prezidenti Cozef Bayden immiqrasiya qanunlarının yumşaldılması da daxil olmaqla, bir neçə sərəncam imzalayıb. Onların arasında sabiq dövlət başçısı Donald Trampın Meksika ilə sərhəddəki vəziyyətlə əlaqədar tətbiq etdiyi fövqəladə vəziyyət rejiminin ləğvi də yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts