Yapon tədqiqatçılar smartfon vasitəsilə bel ağrısını asanlıqla yaxşılaşdırmağın yolunu tapıblar

Tokio, 21 mart , /AJMEDIA/

Martın 21-də Yaponiyanın Elektrik Şirkəti (NEC) və Tokio Tibb və Stomotologiya Universitetinin mütəxəssisləri bel ağrısının səbəbini təxmin etmək üçün süni intellektdən (AI) istifadə edən texnologiya hazırladıqlarını və bədən duruşunuzun şəklini çəkdiyiniz zaman simptomları aradan qaldırmaq üçün sadə məşqlər təklif etdiklərini açıqlayıblar.
AJMEDIA xəbər verir ki, bu barədə məlumat verən tədqiqatçılar yeni metodun səmərəliliyini təsdiqləmək üçün 2024-cü ildə nümayiş testi keçirəcəklərini bildiriblər. Yeni metodun yerli hökumətlərə və şirkətlərə təklif ediləcəyi, bundan sonra vətəndaşların sağlamlığını qorumaq üçün istifadə eolunacağı qeyd edilir.

Bildirlir ki, yeni texnologiya ilə istifadəçilər bədənlərini hərəkət etdirməklə bədənin hər bir hissəsi üçün “qeyri-kafi əyilmə” kimi məlumatlar əldə edilə biləcəklər. Süni intellekt istifadəçinin daxil etdiyi məlumata əsaslanaraq, bel ağrısının səbəbini orta hesabla 10 saniyə ərzində qiymətləndirəcək. İstifadəçiyə sistem tərəfindən videolar vasitəsilə “körpü məşqi” kimi təkmilləşdirmə proqramlarını icra etmək təqdim olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts