Mütəxəssislər Marsda göllərin izlərini aşkar edib

Tokio, 29 yanvar , /AJMEDIA/

NASA-nın Perseverance roveri Jezero kraterində nəhəng hovuzu dolduran suyun geridə qoyduğu qədim göl çöküntülərinə dair sübutlar tapıb.

AJMEDIA Reuters agentliyinə istinadən xəbər verir ki, Los-Ancelesdəki Kaliforniya Universiteti (UCLA) və Oslo Universitetinin alimləri bu qənaətə gəliblər və araşdırma Science Advances jurnalında dərc olunub.

Aparat RIMFAX radarından istifadə edərək torpağı tədqiq edib və bunun sayəsində alimlər 20 metr dərinlikdə səth sahəsinin iki ölçülü təsvirini əldə ediblər. Aşkar edilmiş qaya təbəqələri su ilə daşınan torpaq çöküntülərinin onu qidalandıran çay sayəsində Jezero kraterinə düşdüyünə dair şübhəsiz sübutlar verir.

Tədqiqat əvvəllər orbital təsvirlər və digər məlumatlar əsasında əldə edilən nəticələri təsdiqlədi. Bu, Marsın bəzi ərazilərinin bir zamanlar mikrob həyatı ilə və su ilə örtüldüyünü və indi cansız , quraq olan planetin bir vaxtlar isti, yaş və yaşayış üçün əlverişli olduğunu deməyə əsas verir.

Elm adamları diqqətlə araşdırma üçün rover tərəfindən toplanan nümunələri almağı gözləyirlər. Tədqiqatçılar hesab edirlər ki, yataqlar təxminən 3 milyard il əvvəl yaranıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts