“Intel” şirkəti “Microsoft” üçün prosessor istehsalına başlayacaq

Tokio, 24 fevral , /AJMEDIA/

ABŞ-nin “Intel” və “Microsoft” şirkətləri müasir prosessorlar istehsal etmək üçün razılığa gəliblər.

AJMEDIA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Yarımkeçirici avadanlıqların istehsalını “Intel Foundry”-nin törəmə şirkəti həyata keçirəcək. Çiplərin “Intel 18A” texniki prosesindən istifadə edilməklə istehsal ediləcəyi bildirilir. Prosessorların istehsalı ilə bağlı sifarişin məbləği 15 milyard dollar təşkil edib.

“Biz hər bir fərdi təşkilatın və bütün sənaye sahəsinin məhsuldarlığını əsaslı şəkildə dəyişdirəcək maraqlı platformaya keçidin ortasındayıq”, – deyə “Microsoft”un baş direktoru Satya Nadella bildirib. Onun sözlərinə görə, bu səbəbdən şirkətə onu yeni nəsil prosessorlarla təmin edəcək güclü tərəfdaş lazım idi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts