İsrailli nazir Misirə aid 95 artefaktı həmkarına təhvil verib

Tokio, 10Dekabr, /AJMEDIA/

Qahirədə rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Yair Lapid qaçaqmalçılıq yolu ilə Misirdən çıxarılmış 95 qədim artefaktı misirli həmkarı Sami Şükrüyə təhvil verib. Bu artefaktlar İsrail polisi tərəfindən müxtəlif illərdə qaçaqmalçılardan müsadirə olunub.

AJMEDIA Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Yair Lapid Prezident Əbdülfəttah əl-Sisinin də qəbulunda olub. Qəbulda İsrail-Fələstin probleminin həlli, həmçinin ikitərəfli əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparılıb. Misirin dövlət başçısı bildirib ki, rəsmi Qahirə Fələstin probleminin “iki dövlət” prinsipi əsasında nizama salınmasını dəstəkləyir. O əlavə edib ki, sözügedən münaqişənin həlli Yaxın Şərq regionunda dayanıqlı sülhün bərqərar olmasına töhfə olacaq.

Misir Prezidenti xatırladıb ki, 3 ay əvvəl İsrailin yeni Baş naziri Naftali Bennet ilə Şarm əl-Şeyxdə keçirdiyi görüşdə rəsmi Qahirənin Fələstin sülh prosesində fəal iştirakı müzakirə edilib. Əbdülfəttah əl-Sisi qeyd edib ki, paytaxtı Şərqi Qüds olmaqla 1967-ci ilədək olan sərhədlər hüdudunda müstəqil Fələstin dövlətinin qurulması problemin yeganə həlli yoludur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts