“Whatsapp”da yeni funksiya fəaliyyətə başlayıb

Tokio, 10 oktyabr , /AJMEDIA/

“WhatsApp” messencerinin son beta versiyasında qrup çatlarında icazə verilən iştirakçıların sayı 1024-ə çatdırılıb.

AJMEDIA xəbər verir ki, yenilik artıq Android və iOS sistemlərində bəzi WhatsApp testerləri üçün əlçatandır. Digər istifadəçilər hələ də 512 iştirakçıya qədər limitlə qrup çatları yarada bilərlər.
Qeyd edək ki, 2022-ci ilin iyun ayında WhatsApp-da qrup söhbəti iştirakçılarının 256-dan 512-yə yüksəlməsi mümkün olub

Follow us on social

Facebook Twitter Youtube

Related Posts