Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Tokio, 4 may , /AJMEDIA/

Fırıldaqçılar sadəlövh insanları aldatmaq üçün yeni üsula əl atıblar. Onlar süni intellekt (AI) vasitəsilə pişik üzlərinə bənzəyən çiçəklərin real təsvirini yaradıblar və indi bu “bitkilər”in toxumlarını satırlar.

AJMEDIA “Oddity Central”a istinadla xəbər verir ki, “Cats Eye Dazzle” adlı mövcud olmayan çiçəyin toxumları artıq rəsmi onlayn platformalarda alış-veriş üçün əlçatandır.

Bu çiçəklərin ilk şəkilləri sosial şəbəkələrdən birində peyda olub. Görünüşü cəlbedici olan bitkilər həqiqətən də qara gözü və burnu olan pişik üzlərinə bənzəyir. Əvvəllər məlum olmayan bu cazibədar çiçəklər dərhal istifadəçilərin ürəklərini fəth edib. Foto ilə nəşr 80 min bəyənmə və bir çox şərh toplayıb. İnsanlar toxumları almaq istədiyini bildiriblər və istifadəçilərdən biri onları tezliklə 15-30 dollara almağı təklif edib. Lakin onların bu “pişikləri” yetişdirmək şansları demək olar ki, sıfıra bərabərdir.

Dələduzlara inanan və “Cats Eye Dazzle”ın toxumlarını əldə edən insanların sayı hələ ki, məlum deyil, lakin bəziləri deyirlər ki, artıq onları sifariş verib və poçt vasitəsilə alıblar. Bağlamada həqiqətən də pişik üzlərinə bənzər çiçəklər təsvir edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts