Rusiyada tviterə qoyulan məhdudiyyət götürülə bilər

Tokio, 10 aprel , /AJMEDIA/

Rusiyada tviter sosial şəbəkəsinə qoyulan qadağa götürülə bilər.
AJMEDIA xəbər verir ki, Rusiya Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina bu sosial şəbəkənin blokdan çıxarılması təşəbbüsünü dəstəkləyib. Həmin təklif Dövlət Dumasından gəlib.
Y.Mizulina hesab edir ki, İlon Mask tviter sosial şəbəkəsini alandan sonra burada qadağan edilmiş kontentin yayılması ilə bağlı siyasət dəyişib, Rusiya rəsmilərinə qarşı senzura aradan qaldırılıb.
Qeyd edək ki, ötən həftədən tviter Kreml, Rusiya XİN, Müdafiə Nazirliyi və digər nazirliklərinin akkauntlarını blokdan çıxarıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts