İran ordusu Araz çayı sahillərində hərbi təlimə başlayıb

Tokio, 17 oktyabr , /AJMEDIA/

Bu gün səhər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Şərqi Azərbaycan və Ərdəbil vilayətlərindən keçən Araz çayı sahillərində hərbi təlimlərə başlayıb.
AJMEDIA xəbər verir ki, bu barədə SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur məlumat verib. O bildirib ki, hətbi təlimləri SEPAH-ın “Aşura” qərargahı keçirir. Təlimlər 3 gün davam edəcək. Təlimlərdə üzən körpü quraşdıracaq şəxsi heyətin və hərbi avadanlıqların su hövzəsindən keçirilməsi məşq ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts