Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Tokio, 6 may , /AJMEDIA/

İstanbulda “Fövqəladə səhiyyə hallarında liderlik” mövzusunda seminar keçirilir.

AJMEDIA xəbər verir ki, Türk Dövlətləri Təşkilatı (TDT) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən birgə təşkil olunan seminar səhiyyə sahəsi üzrə fövqəladə halların idarə edilməsində liderlik bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

TDT-yə üzv ölkələrin aidiyyəti qurumlarının təmsilçiləri üçün nəzərdə tutulan seminarda ölkəmizdən ÜST-nin Azərbaycandakı nümayəndəliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edirlər.

Qeyd edilən tədris proqramı ötən il oktyabrın 28-də Danimarkanın Kopenhagen şəhərində imzalanmış Fəaliyyət Planı əsasında həyata keçirilir. İki həftə əvvəl 12 saatlıq onlayn dərslərlə qarışıq formatda işə başlayan proqram beş gün ərzində İstanbulda davam etdiriləcək.

Seminarın açılış mərasimində çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge və digərləri dünyada baş verən sağlamlıq böhranlarının həllində birgə səylərin vacib əhəmiyyətini vurğulayıblar.

Sonra seminar işə başlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts