Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Tokio, 6 may , /AJMEDIA/

Aşqabad Beynəlxalq Məktəbində təşkil olunmuş Beynəlxalq Kulinariya Festivalında Azərbaycan mətbəxi nümunələri təqdim edilib.

Ölkəmizin Türkmənistandakı səfirliyindən AJMEDIA– ya bildirilib ki, buradakı Azərbaycan pavilyonunda ziyarətçilərə plov, dovğa, dolma, qutablar, həmçinin paxlava və şəkərbura kimi şirniyyatlar təqdim olunub.

Festivalda, həmçinin Azərbaycan kulinariyasının ənənəvi reseptləri barədə məlumat verilib. Ziyarətçilər ölkəmizin tarixi və turizm potensialı, xalqımızın mədəniyyəti haqqında kitab və broşürlərlə tanış olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts