“Heydər Əliyev İli” çərçivəsində Xəzər rayonunda 500 ağac əkilib

Tokio, 4 mart , /AJMEDIA/

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Xəzər rayonunda silsilə tədbirlər keçirilir. Martın 4-də Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mərdəkan qəsəbəsi, Heydər Əliyev adına istirahət parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Bu barədə AJMEDIA-ya rayon icra hakimiyyətindən məlumat verilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, rayon icra hakimiyyəti başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və digər təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşılıqların genişləndirməsinə və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.
Aksiya iştirakçıları tərəfindən Heydər Əliyev adına istirahət parkında 500 ədəd eldar şamı və sərv ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.
Qeyd edək ki, rayon ərazisində növbəti həftələrdə də genişmiqyaslı aksiyaların keçirilməsi nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts