Qahirədə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş klassik musiqi konserti olub

Tokio, 27 noyabr , /AJMEDIA/

Qahirə Opera Evində keçirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş klassik musiqi konserti Misir paytaxtının mədəni həyatında əlamətdar hadisə olub.

AJMEDIA xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyi, Misirin Mədəniyyət Nazirliyi və Qahirə Opera Evi tərəfindən təşkil edilən konsertdən əvvəl çıxış edən ölkəmizin Misirdəki səfiri Elxan Poluxov dahi siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, onun Yaxın Şərq, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafına verdiyi töhfələrdən ətraflı bəhs edib. O qeyd edib ki, xalqımızın Ümummilli Lideri dost ölkə olan Misirlə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Diplomatımız vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində dünyanın bir çox ölkələrində, o cümlədən Misirdə dahi siyasətçinin xatirəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.

Misirin dövlət və hökumət nümayəndələri, tanınmış incəsənət xadimləri də konsertə gələnlər arasında olublar. Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Misirin görkəmli musiqiçisi Əhməd Əl Səidin bədii rəhbəri olduğu Qahirə Simfonik Orkestri və Xor Kapellası görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”, Qara Qarayevin “Adajio” və “Yeddi gözəl” baletindən rəqs, Soltan Hacıbəyovun “Karvan”, Niyazinin “Konsert valsı”, Tofiq Bakıxanovun “Xeyir və şər” baletindən vals əsərlərini ifa ediblər. Pianoda solist qismində isə Azərbaycanın Xalq artisti Yeganə Axundova çıxış edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts