Ulu Öndərə həsr olunan “Xüsusi buraxılış” işıq üzü görüb

Tokio, 24 mart , /AJMEDIA/

“Mədəniyyət/Culture” jurnalının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xüsusi buraxılış”ı nəşr edilib.

AJMEDIA xəbər verir ki, Azərbaycanın siyasət, elm, mədəniyyət və ədəbiyyat sahələrinin tanınmış simalarının Ulu Öndər haqqında xatirələrinin toplandığı dərginin ilk hissəsində “Tarixi ədalətin zəfəri” başlıqlı məqalə yer alır.

Xalq yazıçıları Anar, Elçin, Nəriman Həsənzadə, Kamal Abdulla, akademiklər İsa Həbibbəyli, Teymur Kərimli, Xalq artistləri Firəngiz Əlizadə, Arif Babayev, Səkinə İsmayılova, Alim Qasımov, Xalq rəssamı Fərhad Xəlilov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, professorlar Cəfər Cəfərov, Kərim Şükürov, Gülbəniz Babaxanlı, Ziyadxan Əliyev, Yaşar Qasımbəyli, Əli Qəhrəmanov, eləcə də Azərbaycan Yazıçılar Birliyi katibi Rəşad Məcid, kinoşünas Aydın Kazımzadə, filoloq alim Akif Azalp, mədəniyyət nümayəndələri Şirin Məlikova, Samir Abbasov, Zöhrə Əliyeva, Alla Bayramova, Ədibə İsmayılova, Yavər Neymətli, Lətifə Məmmədova və digərləri Heydər Əliyev dühası, müxtəlif vaxtlarda Ümummilli Liderlə görüş və ünsiyyətləri, dünyaşöhrətli dövlət xadiminin fenomenal şəxsiyyəti haqqında heyrətamiz təəssüratlarını qələmə alıblar.

Bütün bu yazılarda Heydər Əliyev və Azərbaycan mədəniyyətinin intibahı, Ulu Öndər və dünya azərbaycanlıları birliyi, eləcə də Ulu Öndərin böyük ədəbiyyat siyasəti, azərbaycançılıq məfkurəsi, Cənubi Azərbaycan tarixinə və mədəniyyətinə baxışı, dahi insanın əzəməti rənglərin işığında, müasir poeziyada, musiqidə, heykəltaraşlıqda, kinoda silinməz obrazı, milli kitabxananın inkişafının Heydər Əliyev mərhələsi, onun korifey sənətkarlarla dostluğu barədə maraqlı müşahidə və təhlillər oxucuların ixtiyarına verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts