Ulu Öndər hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqı üçün böyük işlər görüb

Tokio, 12 dekabr , /AJMEDIA/

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik Arif Həşimov bildirib ki, Ulu Öndər hələ hakimiyyətə gəlməmişdən əvvəl onun fəaliyyətinin bir hissəsi Azərbaycan elmi, xüsusilə Fizika İnstitutu ilə bağlı olub.

Akademik Arif Həşimov Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyindən, gördüyü işlərin bugünkü yüksək nəticələrindən bəhs edib. Bildirib ki, Ulu Öndər hələ sovet hakimiyyəti illərində fədakarlıqla Azərbaycan xalqı üçün böyük işlər görüb. O, Heydər Əliyevin hakimiyyətə qayıdışından, Naxçıvandakı fəaliyyətindən, xalqın ona etimadından söhbət açıb. Arif Həşimov Naxçıvanın blokadası dövründə Ulu Öndərin fəaliyyətindən də bəhs edib.

AMEA-nın müxbir üzvi Səlimə Mehdiyeva Heydər Əliyevin Sovet İttifaqı dövründə fəaliyyəti zamanı həmişə Vətəninin, millətinin gələcəyi üçün çalışdığını söyləyib. O, Ulu Öndərin xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib.

Daha sonra fizika üzrə fəlsəfə doktorları Eldar Həsənov, Kamil Qurbanov, texnika elmləri doktoru Əli Məmmədov, Yeni Azərbaycan Partiyasının (YAP) Fizika İnstitutu üzrə təmsilçisi, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova, YAP-ın fəal üzvi, elmi işçi Bayram Xudayarov Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts