XİN rəsmisi: Müasir Azərbaycan dövlətinin yaradılması və inkişafı Ulu Öndərin adı ilə bağlıdır

Tokio, 16 dekabr , /AJMEDIA/

“Diplomatik protokol bələdçisi”nin hazırlanması və nəşrinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində həyata keçirilməsinin dərin anlamı vardır. Çünki müasir Azərbaycan dövlətinin yaradılması, onun müstəqilliyinin qorunub-saxlanılması və beynəlxalq münasibətlər sisteminin tam hüquqlu subyekti kimi beynəlxalq əlaqələrinin həyata keçirilməsi məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

AJMEDIA xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Ramil Rzayev ADA Universitetində keçirilən “Diplomatik protokol bələdçisi”nin təqdimat mərasimində deyib.

R.Rzayev qeyd edib ki, məhz Ümummilli Liderin düşünülmüş, milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasəti ölkənin milli mənafeyinin, təhlükəsizliyinin, hərtərəfli inkişafının təmin olunmasında fundamental zəmin hazırlayıb: “Heydər Əliyev yalnız prezidentliyinin birinci dönəmində 33 ölkəyə 79 dəfə səfər etmiş, 232 tədbirə qatılmış, 431 sənəd imzalamışdır. Bu, müstəqilliyimizin kövrək dövründə, yəni, ilk illərində ölkə daxilində siyasi-iqtisadi, hərbi vəziyyətin mürəkkəb olduğu bir zamanda Heydər Əliyevin olduqca fəal diplomatiya həyata keçirdiyinin əyani göstəricisidir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts