Əbu-Dabidə “Heydər Əliyev – 100” ağacəkmə aksiyası təşkil edilib

Tokio, 22 dekabr , /AJMEDIA/

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev – 100” ağacəkmə aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildiriblər ki, ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ-dəki koordinatoru Nuranə Hüseynovanın təşkilatçılığı ilə “Old Airport Park” ərazisində baş tutan aksiyada Əbu-Dabi şəhər bələdiyyəsinin rəsmi şəxsləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Nuranə Hüseynova aksiya iştirakçılarına Ümummilli Liderin həyat və fəaliyyətindən danışıb.

Sonra aksiya iştirakçıları dahi şəxsiyyətin bir əsrlik yubileyi münasibətilə 100 ağac əkiblər. Həmin ərazidə üzərində “Heydər Əliyev – 100” yazılmış, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən QR-kodlu lövhə quraşdırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts