Nyu-Yorkda “Ümummilli lider Heydər Əliyev: Zəfərə doğru Yol” adlı tədbir keçirilib

Tokio, 7 noyabr , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbir məşhur Kolumbiya Universitetinin Beynəlxalq Evində gerçəkləşdirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın ABŞ-dakı səfirliyinin və BMT-dəki daimi nümayəndəliyinin əməkdaşları, azərbaycanlı və xarici tələbələr, məzunlar, gənc peşəkarlar və icma üzvlərimiz iştirak edblər.

Azərbaycanın və ABŞ-ın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan-Amerika Gənclər Federasiyasının sədri Günay Məmmədova müasir Azərbaycanın dövlət quruculuğuna, tarixinə, mədəniyyətinə və incəsənətinə bəxş etdiyi töhfələrdən və 3 il öncə ölkəmizin əldə etdiyi parlaq Zəfərdən söz açıb.

Sonra müasir Azərbaycanın tarixini, zəngin mədəni irsini və təbiətini əks etdirən videoçarx nümayiş etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin dövlət müstəqilliyinin əldə olunması, qorunması və möhkəmləndirilməsində, neft strategiyasının təşəkkülündə misilsiz xidmətlərindən və əvəzsiz töhfələrindən danışıb. Onun əsasını qoyduğu siyasi kursun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və ümummilli liderin əsas arzusunun yerinə yetirilməsi – Qarabağın erməni işğalından tamamilə azad olunması ilə nəticələndiyini bildirib. Qeyd edib ki, ulu öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlməsi ilə milli kimliyini formalaşdıran yeni nəsil azərbaycanlılar qürurla “Biz fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi ümummilli lideri var” deyir.

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov ümummilli lider Heydər Əliyevin uzaqgörən, qətiyyətli, müdrik və dəmir iradəli siyasətçi olduğunu bildirib, ədalətin gec-tez bərqərar olacağına inamını heç vaxt itirmədiyini qonaqların diqqətinə çatdırıb.

Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş “Böyük sənət hamısı” sənədli filminin nümayişi ilə davam edib.

Bədii hissədə Nyu-Yorkda yaşayan sənətçilər – Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarovanın (fortepiano) və diaspor fəalı Aqil Hüseynovun (tar) ifalarında Azərbaycan klassik musiqisindən ibarət konsert proqramı təqdim edilib.

Tədbir çərçivəsində Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Heydər Əliyevin ABŞ-a rəsmi səfərlərini əks etdirən fotosərgi təşkil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts