Ümummilli Liderin 100 illiyinə həsr olunmuş tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Tokio, 24 dekabr , /AJMEDIA/

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Teхnikası Elmi-Tədqiqat İnstitutunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vətənə, xalqa həsr edilən ömür” mövzusunda tədbir keçirilib.

Nazirlikdən AJMEDIA-ya bildirilib ki, tədbirdə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Teхnikası Elmi-Tədqiqat İnstitutunun direktor müavinləri Pənah Süleymanov, Kəramət Abdullayev, eləcə də agentliyin və institutun məsul əməkdaşları iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Teхnikası Elmi-Tədqiqat İnstitutunun direktor müavini Pənah Süleymanov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən danışıblar. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın dünyanın lider dövlətlərindən birinə çevrildiyini vurğulayan P.Süleymanov ölkəmizin son 20 ildə qazandığı misilsiz nailiyyətlərin Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müdrik uzaqgörənliklə və qətiyyətlə davam etdirilməsinin nəticəsi olduğunu qürur hissi ilə dilə gətirib.

Tədbirdə digər çıxış edənlər Ulu Öndərin Vətən, xalq qarşısında misilsiz xidmətlərindən danışıb, Azərbaycanın son 20 ildə əldə etdiyi tarixi nailiyyətlərdən söz açıblar.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts