“Heydər Əliyev – 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib

Tokio, 12 noyabr , /AJMEDIA/

Noyabrın 11-də IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi konfrans və “Heydər Əliyev – 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

AJMEDIA xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevə həsr edilən qısa sənədli film nümayiş olunub.

Konfransda çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov Ulu Öndərin milli-mənəvi dəyərlərimizin inkişafında, onun qorunmasında misilsiz xidmətlərindən danışıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu çıxış ediblər.

Həmçinin konfrans çərçivəsində təqdimatı keçirilən “Heydər Əliyev – 100. Biblioqrafiya” kitabının əhəmiyyəti vurğulanıb, tədqiqatçılar üçün ilham mənbəyi olacağı qeyd edilib. Biblioqrafiyanın bütövlükdə Azərbaycanda Heydər Əliyevşünaslığının bütün elmi əsərlərini özündə toplayan kitab olduğu diqqətə çatdırılıb. Onun, eyni zamanda, bütövlükdə Azərbaycanın biblioqrafiyası olduğu bildirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts