Gürcüstanda Ulu Öndərin yubileyinə həsr edilmiş poçt markaları dövriyyəyə buraxılıb

Tokio, 5 fevral , /AJMEDIA/

Gürcüstanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş poçt markaları dövriyyəyə buraxılıb.

AJMEDIA xəbər verir ki, poçt markasını onlayn qaydada Gürcüstan Poçtunun saytından, yaxud qurumun ölkə üzrə 81 məntəqəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, ötən il dekabrın 26-da Azərbaycanın Gürcüstandakı səfirliyində poçt markalarının təqdimatı olub.

Təqdimat mərasimində səfir Faiq Quliyev, “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, Gürcüstanın iqtisadiyyat nazirinin müavini Quram Quramişvili və digər rəsmi şəxslər iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts