“Dünyanın səkkizinci möcüzəsi” olan Kapadokyanı ziyarət edən turist sayında rekord artım qeydə alınıb

Tokio, 4 iyul , /AJMEDIA/

Türkiyənin tarixi Kapadokya bölgəsinin nadir gözəlliklərini səmadan izləməyə imkan verən hava şarı turlarına qatılan turistlərin sayı bu ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 186 faiz artaraq 258 min 914-ə çatıb.
AJMEDIA xəbər verir ki, Nevşehir valiliyindən sosial media hesabında edilən paylaşımda bu ilin yarım ilində bölgədə 12 min 558 balon uçuşu həyata keçirildiyi, bu turlara 258 min 914 yerli və xarici turistin qatıldığı qeyd edilib.
Xatırladaq ki, yeni növ koronavirus epidemiyası ilə mübarizənin başladığı 2020-ci ildə Kapadokiyada hava şarları turuna 120 min 917 nəfər qatıldığı halda, ötən ilin ilk 6 ayında bu rəqəm 90 min 493 olub.
Turizmin aktiv olduğu bölgədə bu il hava balon turlarına maraq daha da artıb. Anadolu İsti Hava Şarı Operatorları Assosiasiyasının (ASBİD) sədri Mehmet Dinler verdiyi açıqlamada bildirib ki, Kapadokiya hazırda dünyanın əhəmiyyətli cazibə mərkəzlərindən birinə çevrilib. Avstraliya, Fransa və Şərqi Afrika ölkələrində də hava şarları turları var, lakin mübaliğəsiz desək, Kapadokya dünya kommersiya balonçuluğunun paytaxtıdır. Bu ilin sonuna kimi hava şar turunda iştirakın 600 mini keçəcəyini və yeni rekord il olacağını proqnozlaşdırırıq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts