Bali adasına gələn peyvənd olunmuş turistlər üçün karantin rejimi ləğv edilib

Tokio, 7 mart , /AJMEDIA/

İndoneziya hökuməti martın 7-dən Bali adasına gələn peyvənd olunmuş turistlər üçün karantin rejimini ləğv edib.

AJMEDIA İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, Bali adasına istər hava, istərsə də dəniz yolu ilə gələn və COVID-19 əleyhinə peyvənd alan bütün turistlər məcburi özünütəcriddən azad ediləcəklər.

Bununla yanaşı, əcnəbi turistlərdən yola çıxmazdan 48 saat əvvəl verdikləri PZR testi barədə arayış və adaya çatdıqdan sonra əlavə ödənişli test vermələri tələb olunacaq. Həmin turistlər yerli hakimiyyət orqanları tərəfindən təsdiq edilmiş siyahı üzrə əvvəlcədən bron olunan otellərə yerləşdiriləcəklər. Bu şəxslər yalnız PZR testinin cavabı məlum olduqdan sonra adada sərbəst hərəkət edə bilərlər. Balini tərk etməyə və ya yaşayış yerini dəyişməyə yalnız 5 gündən sonra icazə veriləcək.

PZR testinin cavabı müsbət olacağı təqdirdə, həmin şəxslər karantin üçün mehmanxanaya, vəziyyətləri ağır olduqda isə xəstəxanaya yerləşdiriləcəklər.

Yeni qaydaların ölkəyə qayıdan vətəndaşlara və işgüzar viza ilə gələnlərə şamil edilməyəcəyi də qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts