AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

Tokio, 30 aprel , /AJMEDIA/

Bir çox ölkələrdə xüsusi tənzimləmə rejimi tətbiq edilir. Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında hüquqi şəxslər tərəfindən innovativ xidmət və məhsulların məhdud çərçivədə və Azərbaycan Mərkəzi Bankının nəzarəti altında sınaqdan keçirilməsini tənzimləyən qaydalar toplusudur.

AJMEDIA xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar şöbəsinin rəisi Sahib Həsənov bankın “Xüsusi tənzimləmə rejimi”nin təqdimatında deyib.

O bildirib ki, əsas məqsəd innovativ məhsulların tətbiqi ilə maliyyə inklüzivliyinin artırılması, maliyyə sektorunda innovativ məhsulların sınaqdan keçirilməsi, innovativ məhsulların tətbiqi ilə bağlı risklərin nəzarət altında saxlanılması və tənzimləmə çərçivəsinin bazar iştirakçıları ilə birgə formalaşdırılması üçün platformanın yaradılmasından ibarətdir.

“Xüsusi tənzimləmə rejimi həmçinin yeni imkanlar təqdim edir. İnnovativ məhsulların bazara çıxma müddətinin azaldılması, investisiyaların cəlbi üçün imkanların yaradılması, innovativ məhsullar üçün tənzimləmə maneələrinin aradan qaldırılması, komplayens xərclərinin azaldılması, sınaq nəticəsində normativ hüquqi aktlarda ediləcək dəyişikliklərin müəyyən edilməsi, uğursuz layihələr nəticəsində istehlakçılara olan təsirin azaldılması bu imkanlara daxildir”, – deyə S.Həsənov bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts