“Nizami Gəncəvi: Şair və Müdrik” kitabının BMT-nin yüksək səviyyəli toplantısında təqdimatı keçiriləcək

Tokio, 5 sentyabr, /AJMEDIA/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ABŞ-ın Nyu-York şəhərində “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatını keçirəcək.

Mərkəzdən AJMEDIA-ya bildirilib ki, tədbir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, “Nizami Gəncəvi İli” çərçivəsində baş tutacaq. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin müəllifliyi ilə hazırlanan kitab BMT-nin Baş Assambleyası çərçivəsində təşkil edilən XXI ali səviyyəli toplantıda təqdim olunacaq.

Finlandiyanın sabiq Prezidenti xanım Tarya Halonen, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vaira Vike-Freiberga və Baş katibi Rövşən Muradov kitabın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, 2012-ci ildə Gəncədə Nizaminin yaradıcılığına həsr olunmuş xüsusi Beynəlxalq Mərkəzin yaradılması, ilk növbədə, böyük müdrik şairin xatirəsinin doğma ölkəsi Azərbaycanda yaşamasını təmin edir. Mərkəzin ikinci, eyni dərəcədə əhəmiyyətli bir missiyası isə Nizami haqqında kitabları mümkün qədər fərqli dillərdə əlçatan etməklə, gələcəkdə bu işləri daha da gücləndirməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts