Zelenski Türkiyə Prezidentinə Rusiyada saxlanılan ukraynalı əsir və məhbusların siyahısını təqdim edib

Tokio, 8 mart , /AJMEDIA/

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən saxlanılan ukraynalı əsir və məhbusların siyahısını təqdim edib. Onların arasında repressiyaya məruz qalan Krım tatarları da var.

AJMEDIA xəbər verir ki, bu barədə Volodimir Zelenski İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı açıqlama verib.

“Bu gün mən Rusiya tərəfindən repressiyaya məruz qalan və ən ağır şəraitdə həbsxana və düşərgələrdə saxlanılan Ukrayna vətəndaşlarının, xüsusən də Krım tatarlarının siyahısını verdim”, – deyə Zelenski bildirib.

Prezident vurğulayıb ki, hər kəsi, istər mülki, istərsə də öz xalqını müdafiə edərkən əsir düşənləri azad etməliyik.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts