Nigeriyada yol-nəqliyyat qəzasında 19 nəfər ölüb

Tokio, 29 aprel , /AJMEDIA/

Nigeriyanın mərkəzi Kogi əyalətində yük maşını ilə avtobusun toqquşması nəticəsində azı 19 nəfər həlak olub.

AJMEDIA Sinxua agentliyinə istinadla xəbər verir ki, Federal Yol Təhlükəsizliyi Korpusunun mətbuat katibi Conas Aqvu sağ qalan üç nəfərdən birinin ağır yaralı halda dövlət xəstəxanasına çatdırıldığını, hadisə qurbanlarının tanınmaz dərəcədə yandıqlarını bildirib.

Polis yük maşınının sürücüsünün sağ olduğunu və hadisə ilə bağlı mühakimə ediləcəyini söyləyib.

Xatırladaq ki, Nigeriyada həddindən artıq yüklənmə, pis yol şəraiti və ehtiyatsız sürücülük nəticəsində tez-tez ölümlə nəticələnən yol-nəqliyyat qəzaları baş verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts