Türkiyə Prezidenti 12 illik fasilədən sonra İraqa rəsmi səfər edəcək

Tokio, 21 aprel , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 illik fasilədən sonra aprelin 22-də İraqa rəsmi səfər edəcək.

AJMEDIA xəbər verir ki, Türkiyə Prezidentinin Bağdad və Ərbildə İraq Prezidenti Əbdüllətif Camal Rəşid və bu ölkənin Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə keçirəcəyi görüşlərdə Yaxın Şərqdəki son hadisələr, təhlükəsizlik, ticarət əlaqələri kimi məsələlərinin müzakirəsi gözlənilir. Müzakirə olunacaq əsas mövzular arasında terrorla mübarizə, İraqın su probleminin həlli, eləcə də Türkiyəyə təbii qaz və neft ixracı yer alır.

Eyni zamanda, Türkiyə İraqla terrora qarşı birgə əməliyyat mərkəzi yaratmağı planlaşdırır. Səfər zamanı bu mərkəzlə bağlı məsələlərin də müzakirəsi gözlənilir.

Səfər çərçivəsində İraqda biznes forumun keçirilməsi də nəzərdə tutulur. Tədbirdə Türkiyə ilə İraq arasında ticarətin həcminin artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts