Ukrayna-Polşa sərhədində 1700-dən çox yük avtomobili növbə gözləyir

Tokio, 21 aprel , /AJMEDIA/

Polşalı fermerlər Ukrayna ilə sərhəddə keçid məntəqələrini bağlamaqda davam edirlər. Təkcə iki məntəqədə 1700-dən çox yük avtomobili növbə gözləyir.

AJMEDIA xəbər verir ki, bu barədə telemarafon zamanı Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko bildirib.

O qeyd edib ki, Şegini-Medika və Krakovets-Korçeva keçid məntəqələrində 1700-dən çox yük avtomobili növbə gözləyir.

Qeyd edək ki, fevral ayında polşalı fermerlər ölkə boyu etiraz aksiyalarına başlayıblar. Onlar Ukrayna ərzaq məhsullarının idxalına qarşı çıxırlar, çünki bu, daxili bazarda qiymətlərə təsir edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts