Türkiyədə 2028-ci ildən bütün vaksinasiya proqramları yerli peyvəndlər hesabına həyata keçiriləcək

Tokio, 21 aprel , /AJMEDIA/

Türkiyənin ən böyük peyvənd tədqiqatı və istehsalı müəssisəsinin birinci mərhələsi 2024-cü ilin sonunda Ankara şəhərində istifadəyə veriləcək.

AJMEDIA xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin dəstəyi ilə “Esenboğa” havalimanının yaxınlığında inşa edilən “Hıfzıssıhha-Türkiye” adlı mərkəzin ümumi sahəsi 50 min kvadratmetr olacaq.

Çoxlu sayda laboratoriyanın da yerləşəcəyi mərkəzdə birinci mərhələdə quduzluq, Hepatit A və suçiçəyi peyvəndlərinin istehsalı nəzərdə tutulub. Həmçinin, bəzi genetik məhsullarla bağlı araşdırmalar aparılacaq, istehsal təşkil olunacaq.

“Hıfzıssıhha-Türkiye” mərkəzi tam gücü ilə fəaliyyətə başlayandan sonra Türkiyədəki bütün vaksinasiya proqramlarının 2028-ci ildən etibarən yerli peyvəndlər hesabına həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyədə peyvənd istehsalı 1998-ci ildə dayandırılıb, 2022-ci ildə koronavirusa qarşı hazırlanan “Turkovac”ın istehsalı ilə bərpa olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts