Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

Tokio, 4 may , /AJMEDIA/

Ukrayna Dövlət Sərhəd Xidməti (UDSX) tərəfindən Stradivarinin nadir skripkasının Ukraynadan qanunsuz olaraq çıxarılması cəhdinin qarşısı alınıb. Bu barədə AJMEDIA Ukrayna mediasına istinadla xəbər verir.

“Sərhədçilər gömrük işçiləri ilə birlikdə “Antonius Stradivarius” skripkasının ölkədən çıxarılması cəhdinin qarşısını alıblar”, – deyə UDSX-nin məlumatında deyilir.

1713-cü ildə düzəldilən Stradivari skripkası yük yerinin yoxlanması zamanı aşkar edilib. Maşın Ukraynadan Polşa istiqamətində hərəkət edirmiş.

Musiqi aləti müsadirə edilib və ekspertizaya verilib.

Qeyd edək ki, XVII əsrin ikinci yarısı – XVIII əsrin birinci yarısında Kremonda yaşayan usta Antonio Stradivarinin düzəltdiyi skripkalar ən yaxşı alətlər hesab edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts