Zelenski Stoltenberqlə danışıqları dörd mövzu üzrə aparacaq

Tokio, 20 aprel , /AJMEDIA/

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Yens Stoltenberqi tərəfdaşların onun ölkəsinə zəruri hərbi yardım göstərilməsi üzrə tərəddüdünü aradan qaldırmağa kömək etməyə çağırıb.
Bu barədə AJMEDIA Ukrayna Prezidentinin NATO-nun Baş katibi ilə birgə brifinqinə istinadla xəbər verir.
Tərəflər arasında danışıqlar zamanı bir sıra mühüm məsələlər, o cümlədən Ukraynanın müdafiəsi və bəzi tərəfdaşların hərbi yardımla bağlı tərəddüd etməsi müzakirə olunub.
Ukrayna dövlətinin başçısı deyib: “Mən cənab Baş katibə müraciət etdim ki, bizə tərəfdaşların bəzi silahları, məhz uzaqmənzilli silahların və müasir aviasiya, artilleriya və zirehli texnikanın verilməsində tərəddüd etməsinin aradan qaldırılmasına kömək etsin. Müvafiq qərarların gecikdirilməsi sülh üçün vaxtın və bizim əsgərlərin həyatının itirilməsi deməkdir”.
Ukrayna Prezidenti Volodimir Zelenski və NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə keçirdikləri görüş zamanı ölkənin Alyansa daxil olması və qarşıdakı “Ramştayn” iclasını müzakirə ediblər.
Zelenski qeyd edib ki, Ukrayna NATO-nun Baş katibinin irimiqyaslı müharibə zamanı səfərini Alyansın Kiyev ilə münasibətlərdə yeni səhifə açmasının, iddialı qərarlara hazır olmasının əlaməti hesab edir. O deyib: “Danışıqlar zamanı biz əsas dörd mövzuya toxunduq. Birincisi, sabah keçiriləcək “Ramştayn” iclası və bizim tərəfdaşlarımızdan gözlədiyimiz qərarlardır. Bu, hər şeydən əvvəl, bizim aktiv əməliyyatın silahla dəstəklənməsinə aiddir. Bizim hərbçilər ön cəbhədə nə qədər irəli gedərsə, Ukraynaya və Avropaya sülh də o qədər tez qayıdar”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts