Yaponiyanın cənub-qərbində vulkan püskürüb

Tokio, 17 Sentyabr, /AJMEDIA/

Sentyabrın 17-də Yaponiyanın cənub-qərbində yerləşən Suvaneso adasında vulkan püskürməsi baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, nəticədə kraterdən 1 kilometr radiusda vulkanik süxurlar qeydə alınıb. Seysmoloqlar adada püskürmənin davam edəcəyini proqnozlaşdırırlar. Bununla əlaqədar həmin rayonda beş ballıq sistem üzrə üçüncü dərəcəli təhlükə xəbərdarlığı elan edilib. Bu, vulkan ərazisinə 2 kilometrdən az məsafədə yaxınlaşmağın təhlükəli olduğunu bildirir.

Hadisə nəticəsində adada dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Burada 80 nəfərin yaşadığı və kəndin vulkandan 4 kilometr məsafədə yerləşdiyi bildirilir.

Suvaneso adası Kaqoşima şəhərində 230 kilometr cənub-şərqdə yerləşən balaca adadır. Adada son vulkan püskürməsi bu ilin iyununda qeydə alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts