Volodimir Zelenski ABŞ-ı gələcəkdə Ukraynanın təhlükəsizliyinin qarantı olan ölkələrin lideri kimi görür

Tokio, 25 aprel , /AJMEDIA/

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ı gələcəkdə Ukraynanın təhlükəsizliyinin qarantı olan ölkələrin lideri kimi görür.
AJMEDIA Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Ukrayna lideri bu barədə ABŞ dövlət katibi Entoni Blinken və ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə görüşdə bildirib.
Mətbuat xidmətinin məlumatına görə, görüşdə sülh prosesi və müharibə əleyhinə koalisiyanın gücləndirilməsi perspektivləri nəzərdən keçirilib. Ukrayna Prezidenti ABŞ nümayəndə heyəti ilə müdafiə yardımı, Rusiya əleyhinə sanksiya siyasətinin gücləndirilməsi, ölkəyə maliyyə yardımı və təhlükəsizliyə zəmanət məsələlərini müzakirə edib.
Volodimir Zelenski qeyd edib ki, ABŞ tərəfindən göstərilən ümumilikdə 3,4 milyard dollar müdafiə dəstəyi Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə ayrılan ən iri vəsaitdir. Dövlət başçısı vurğulayıb ki, bu yardım Ukraynanın müdafiə qabiliyyətinin keyfiyyətcə yeni səviyyəyə çıxmasına artıq öz köməyini göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts