Türkiyə və Gürcüstan liderləri regionda reallaşdırılan iqtisadi layihələri müzakirə ediblər

Tokio, 23 fevral , /AJMEDIA/

Türkiyədə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bu barədə AJMEDIA-ya Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
Bildirilib ki, dövlət və hökumət başçıları iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini, o cümlədən regionda həyata keçirilən iqtisadi layihələri müzakirə ediblər.
Türkiyə ilə Gürcüstan arasında ticarət əlaqələrinin daha da intensivləşdirilməsi məsələləri də diqqət mərkəzində olub.
Qeyd olunub ki, iki ölkə arasında əmtəə dövriyyəsi üç milyard dollara çatıb. İqtisadi-ticarət dövriyyəsinin daha da artırılması vacibdir.
Fevralın 24–də Baş nazir İ.Qaribaşvili Türkiyənin cənubunda zəlzələdən zərər çəkmiş bölgələrə gedəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts